Mühafizəçi Ərdoğanı arıdan qorudu - video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin hakim Ədalət və İnkişaf partiyasının qrup iclasında çıxışı zamanı maraqlı an yaşanıb.

Belə ki, Ərdoğan çıxış edərkən onun çiyninə arı qonub.

Arını görən Türkiyə liderinin mühafizəçisi hadisəyə müdaxilə edib və əli ilə onu yerə salıb. O, bununla arının Ərdoğana zərər vurmasının qarşısını alıb.

Sözügedən anın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ