Rusiyada general və həyat yoldaşının meyitləri yaşadıqları mənzildə tapılıb

Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə 6-cı ordusunun keçmiş komandanı, aviasiya general-leytenantı Vladimir Sviridovun və həyat yoldaşı Tatyana Sviridovanın meyitləri yaşadığı mənzildə aşkarlanıb.

Məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, meyitlər noyabrın 15-də Rusiyanın Stavropol diyarının Aciyevsl qəsəbəsində aşkar ediliblər. Məlumata görə, yaxınları 68 yaşlı kişi və 72 yaşlı qadından bir həftə xəbər tutmayıb.

Qaz təhlükəsizliyi xidmətinin əməkdaşları onların mənzilində zəhərli maddə aşkarlamayıb.

Məlumata görə, aviasiya general-leytenantı Vladimir Sviridov 2005-2009-cu illərdə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sisteminin 6-cı ordusunun komandanı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ