Ermənistanın baş naziri Nikol Paşinyan bətan edib ki, sülh sazişinin əsas prinsipləri Azərbaycanla razılaşdırılıb.
“Yaxın aylarda Azərbaycanla sülh sazişi imzalamaq üçün siyasi iradəmiz sarsılmaz olaraq qalır. Brüsseldə aparılan danışıqlarda faktiki olaraq Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb”, - Paşinyan cümə axşamı parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu prinsiplər Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata Bəyannaməsi və SSRİ Baş Qərargahının 1974-1990-cı illər xəritələri əsasında sərhədlərin delimitasiyasının həyata keçirilməsinə aiddir.
“Bundan əlavə, razılaşdırılıb ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Üçüncüsü, regional kommunikasiyaların açılması ölkələrin suverenliyi əsasında həyata keçirilməlidir”, - Paşinyan qeyd edib.