Hindistan Ermənistana 150 min qumbara satacaq

Hindistan Ermənistana 30 və 40 mm kalibrli qumbaralar göndərəcək.

Bu barədə məlumatı Hindistanın “Indian Aerospace Defence News” portalı yayıb. 

Məlumata görə, “Munitions India Limited (MIL) ” şirkəti Ermənistana 150 min qumbara satacaq. Bildirilir ki, 2 ay əvvəl isə “MIL”  Ermənistana artıq 5 milyon 7,62 mm kalibrli patron göndərib. 

Xatırladaq ki, bundan əvvəl yayılan məlumatda Ermənistanın Hindistandan pilotsuz uçuş aparatlarına qarşı müdafiə vasitələri alacağı qeyd olunurdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ