Ərdoğan İsraili “terror dövləti” adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu ölkəsinin nüvə silahına malik olduğunu etiraf etməyə çağırıb.

“Netanyahu, etiraf et ki, sənin nüvə bomban var. Etiraf et. Sizdə bu silah var, ona görə də siz təhdid dili ilə danışırsınız. Nə qədər bombanız olsa da, [siyasətdə] sonunuz gəldi”, – Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının üzvləri qarşısında çıxış edərkən deyib.

Türkiyə prezidenti yenidən İsraili “terror dövləti”, HƏMAS hərəkatını isə Qəzza zolağında qanuni siyasi qüvvə adlandırıb: 

“İsrail dövlət terroru ilə məşğuldur. Mən bunu açıq deyirəm - İsrail terrorçu dövlətdir. Siz HƏMAS-ı terror təşkilatı adlandırırsınız. Amma HƏMAS seçkilərdə qalib gələn siyasi partiyadır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ