İsrail ordusu Qəzza zolağında ən böyük xəstəxana sayılan “Əş-Şifa”ya hücum edib.
Buna səbəb HƏMAS döyüşçülərinin əsas komanda qərargahının xəstəxana ərazisində yerin altında yerləşməsidir.
Məlumata görə, xəstəxananın ətrafında bir neçə gündür şiddətli toqquşmalar davam edir. Binada 700-ə qədər xəstə, eyni sayda həkim və üç minə qədər qaçqın mühasirəyə alınıb.
Qızıl Aypara cəmiyyəti xəbər verir ki, xəstəxanada elektrik enerjisinin kəsilməsi nəticəsində onlarla xəstə ölüb. Həkimlər hazırda 30-dan çox yeni doğulmuş körpəyə qulluq edirlər.
İsrail tərəfi isə öz növbəsində bildirib ki, xəstəxana binasına hücum edən qoşunlarda mülki şəxslərə kömək etməyə hazır olan həkimlər var.
Qeyd edək ki, oktyabrın 7-dən başlayan və indiyə qədər davam edən silahlı münaqişə nəticəsində hər iki tərəfdən ölənlərin sayı artır.