Kadırovun 18 yaşlı oğlu nazir müavini təyin edildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 18 yaşlı Axmat Kadırov respublikanın bədən tərbiyəsi, idman və gənclər siyasəti nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu barədə region parlamentinin sədri Maqomed Daudov öz Telegram kanalında məlumat verib.

“Əminəm ki, bu məsul vəzifəyə təyinat idmanın inkişafı, gənclər siyasətinin həyata keçirilməsi, gənc nəslin vətənpərvərlik, mənəvi-əxlaqi tərbiyəsi sahəsində nazirliyin fəaliyyətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”, - deyə siyasətçi yazıb.

O əlavə edib ki, Axmat özü idmançıdır. Daudovun sözlərinə görə, Kadırov qarışıq döyüş növləri və boks üzrə xeyli turnirin qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ