Britaniyanın DİN rəhbəri işdən çıxarıldı - polisi tənqid etdiyinə görə

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman istefaya göndərilib. 

Иu barədə məlumatı “Sky News” yayıb.

Bildirilir ki, Braverman Fələstinə dəstək məqsədilə keçirilən aksiyalar zamanı polisin fəaliyyətini tənqid edən məqalə ilə çıxış etdikdən sonra ölkənin Baş naziri Rişi Sunak onu istefaya göndərib. 

Məlumata görə, Sunak bu gün Nazirlər Kabinetinin tərkibində bir neçə dəyişikliyi elan etməyi planlaşdırır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ