Nazarbayevin qardaşı vəfat etdi

Qazaxıstanda ölkənin birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, iş adamı Bolat Nazarbayev 70 yaşında vəfat edib. Bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Aydos Ukibay X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Ukibay qeyd edib ki, Nazarbayev uzun müddət xəstə idi. Noyabrın əvvəlində eks-prezidentin kiçik qardaşı Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. 365info.kz portalı onun təkrar miokard infarktı şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini yazıb.

Keçən yay “Express K” portalı yazmışdı ki, Bolat Nazarbayevə pnevmoniya və trombozla ağırlaşan qırtlaq xərçəngi diaqnozu qoyulub.

Bolat Nazarbayev 1953-cü il martın 23-də Almatı vilayətinin Şamalqan kəndində anadan olub. Ali hüquq təhsili alıb, 1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 1992-1997-ci illərdə Qazaxıstanda kənd təsərrüfatı ilə məşğul olan “İnkar Aqro”nun vitse-prezidenti olub. 1997-ci ildən “BN Invest” şəxsi maliyyə və sənaye holdinqini idarə edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ