Altı Fars körfəzi ölkəsi aralarında pulsuz səyahət imkanı verən vahid turist vizası tətbiq edəcək. Bu barədə “Аrabian business” məlumat yayıb.
BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və Bəhreynin daxili işlər nazirləri artıq ümumi “ərəb şengenini” təsdiqləyiblər. Müvafiq dəyişikliklər Maskatda Körfəz Əməkdaşlıq Şurasının daxili işlər nazirlərinin 40-cı iclasında elan edilib.
Bu cür vizalar 2024-cü ildə verilməyə başlayacaq.