Cənubi Koreyada robot insanı əzərək öldürüb

Cənubi Koreyada robot texniki səhvə şirkətin əməkdaşını əzərək öldürüb. Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Hadisə noyabrın 8-də Kensan-Namdo əyalətində bibər ayırma zavodunda baş verib. Şirkət əməkdaşı robotun sensorlarının işlək olub olmadığını yoxlayıb. Robot bibər qutularını qaldırıb altlıqlara qoymalıdır.

“Yonhap”ın məlumatına görə, sensor işçini qutu kimi tanıyıb, bundan sonra robot adamı tutaraq, onun yuxarı gövdəsini konveyer lentinə sıxaraq, üzünü və sinəsini əzib.

Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Zavodun sahibi olan “Donggoseong” Kənd Təsərrüfatı İxrac Kompleksinin rəsmisi şirkətin robotdan beş ildir istifadə etdiyini bildirib.

“Yonhap” qeyd edir ki, oxşar hadisə bu il Cənubi Koreyada artıq baş verib. Robotun yoluna düşən 50 yaşlı kişi ağır yaralanıb. Nəşr hadisənin təfərrüatlarını təqdim etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ