Ukrayna parlamenti buraxıldı

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq barədə fərman imzalayıb.

Buta.media Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərman imzalandığı gündən qüvvəyə minir.

Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.

Bununla yanaşı, dövlət başçısı Ali Radanın sədri Andrey Parubiyə mayın 22-də növbədənkənar iclas keçimək barədə tələbnamə göndərib. Həmin iclasda deputat seçkiləri barədə qanuna dəyişikliklər müzakirə olunacaq.

Bundan əvvəl ölkə prezidenti parlamenti erkən buraxacağını açıqlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ