“Şiddətli döyüşlər gedir”: ABŞ və Suriya arasında toqquşmalar başlayıb

Deyr əz-Zor əyalətinin Fərat çayı sahilində ABŞ ordusu ilə Suriya ordusu arasında toqquşmalar başlayıb. Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Müxtəlif növ orta çaplı silahlardan, ağır artilleriya qurğularından və raketlərdən istifadə etməklə bir tərəfdən Amerika qüvvələri ilə kürd birləşmələri, digər tərəfdən Suriya ordusu arasında şiddətli döyüşlər gedir.

“Al Mayadeen”  telekanalı

Kanalın həmsöhbətinin sözlərinə görə, ABŞ və kürd qoşunları Fəratın şərqində yerləşir, Suriya ordusu isə qərbdən hücum edir.

Toqquşmalar başlamazdan əvvəl ABŞ-ın qaz yatağındakı bazası atəşə tutulub

“Al Mayadeen” xəbər verir ki, toqquşmalar başlamazdan əvvəl Deyr əz-Zordakı Koniko qaz yatağındakı ABŞ bazası raketlər və pilotsuz təyyarələrdən atəşə tutulub.

Amerika obyekti son həftələrdə dəfələrlə hədəfə alınıb. Oktyabrın 27-də bazada partlayışlar baş verib. Oktyabrın 30-da Koniko yatağındakı baza raket hücumuna məruz qalıb.

Oktyabrın 19-da məlum olub ki, “İraq İslami hərəkatı” ABŞ-ın Suriyadakı Et-Tanf bazasına hücum edib.

“The Washington Post” qəzetinin yazdığına görə, Yaxın Şərqdəki bazalara hücumlara görə bəzi qüvvələr ABŞ prezidenti Co Baydeni İran rəhbərliyinə zərbə endirməyə razı salmağa çaışırlar. Nəşrin məlumatına görə, hücumlar nəticəsində 24 amerikalı hərbçi yaralanıb.

ABŞ da öz növbəsində Suriyadakı iranyönlü qrupların silah anbarına hücum edib

Öz növbəsində, noyabrın 9-na keçən gecə ABŞ regionda Amerika qüvvələrinin atəşə tutulmasına cavab olaraq Suriyanın şərqində iranpərəst qrupların silah anbarına hücum edib. Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib. Bəyanat departamentin saytında dərc olunub.

Bu gün prezident Co Baydenin göstərişi ilə ABŞ qüvvələri Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qrupların istifadə etdiyi obyektə özünümüdafiə zərbəsi endirib.

Lloyd Ostin
Pentaqonun rəhbəri

Pentaqon rəhbəri qeyd edib ki, yüksək dəqiqlikli zərbə iki F-15 qırıcı-bombardmançı təyyarəsi tərəfindən həyata keçirilib. O, aydınlaşdırıb ki, bu, ABŞ-ın İraq və Suriyadakı Amerika hərbçilərinin və bazalarının atəşə tutulmasına cavab olaraq həyata keçirdiyi ikinci əməliyyatdır.

Ostin vurğulayıb ki, Vaşinqton öz ordusunu və obyektlərini qorumaq üçün əlavə tədbirlər görməyə hazırdır. Müdafiə naziri istənilən eskalasiyadan çəkinməyə çağırıb.

Oktyabrın 27-nə keçən gecə məlum olub ki, ABŞ prezidenti Co Bayden ABŞ Silahlı Qüvvələrinə silsilə hücumlara cavab olaraq Suriyada İrana aid olduğu iddia edilən hədəflərə zərbələr endirmək əmri verib. Pentaqon rəhbəri Lloyd Ostin qeyd edib ki, F-16 qırıcıları Suriyanın qərbində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və əlaqəli qruplar tərəfindən istifadə edilən iki hədəfi vurub.

Daha sonra zərbələrin hədəfi kimi sursat və silahların olduğu anbarlar adlandırılıb. Eyni zamanda, “Al Mayadeen” telekanalı mənbəyə istinadən bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələri Suriyada hərbi anbarların olmadığı ərazilərə zərbələr endirib.

Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ ordusunun Suriyadakı hədəflərə endirdiyi zərbələri özünümüdafiə adlandırıb. O əlavə edib ki, Vaşinqton xaricdəki qoşunlarını və obyektlərini qorumağa hazırdır.

Birləşmiş Ştatlar Yaxın Şərqdəki bazalarına hücumları milli təhlükəsizlik maraqlarına təhdid hesab edir

ABŞ müdafiə nazirinin köməkçisi Barbara Lif ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumları ölkənin Qırmızı dənizdəki milli təhlükəsizliyinə təhdid adlandırıb.

Bu birbaşa təhlükədir

Barbara Lif
ABŞ müdafiə nazirinin köməkçisi

Müdafiə nazirinin köməkçisinin müavini Dana Stroul Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı bildirib ki, Birləşmiş Ştatlar Qırmızı dənizdə naviqasiya da daxil olmaqla, maraqlarını qorumaq üçün bölgədəki hərbi mövcudluğunu artırıb.

Həmçinin məlum olub ki, İsrail və HƏMAS arasında münaqişə fonunda ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına hücumlar artdığı üçün Pentaqonun Yaxın Şərqə daha 300 hərbçi göndərəcək.

Ağ Evin keçmiş müşaviri hesab edir ki, ABŞ Yaxın Şərqdəki münaqişəni İran və Suriyaya yaymaq istəyir

Prezident Ronald Reyqanın administrasiyası dövründə Ağ Evin keçmiş müşaviri Pol Kreyq Roberts hesab edir ki, ABŞ Yaxın Şərqdə Fələstin-İsrail münaqişəsini genişləndirmək və yeni müharibələr törətmək istəyir.

Məqsəd İran və Suriyanı münaqişəyə sürükləməkdir ki, neokonservatorlar Yaxın Şərqdə müharibələri bərpa edə bilsinlər. Heç kim rasional səslərə qulaq asmır. Yəni münaqişənin nəzarətdən çıxmasına heç bir maneə yoxdur

Pol Kreyq Roberts
Reyqan administrasiyası dövründə Ağ Evin keçmiş müşaviri

Analitik qeyd edib ki, Vaşinqtonun niyyətləri regiona çoxlu sayda Amerika hərbi, silah və aerokosmik qüvvələri göndərməklə təsdiqlənir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ