Azərbaycanlı Rusiyada maçete ilə gəzən şəxsi zərərsizləşdirdi - video

Moskva yaxınlığındakı Lyubertsı şəhərində Müqabil Babayev adlı azərbaycanlı küçədə maçete ilə insanlara hücum edən şəxsi avtomobillə vurub.

Babayev əvvəlcə manyakın əlində maçete olmadığını düşünüb, lakin onun bir qızı və uşağı necə vurduğunu görəndə azərbaycanlı həmin şəxsin üzərinə avtomobil sürüb, daha sonra polislərə onu saxlamağa kömək edib.

“Şokda idim, özümdə deyildim. Mən hər şeyi öz gözlərimlə gördüm. Həmin an nə edəcəyimi bilmədim. Fikirləşdim ki, onu maşınla vurmalıyam və bu qədər. O piyada keçidindən keçsə idi, məktəbin qarşısına çıxacaqdı”, - deyə Babayev bildirib.

Saxlanılan şəxsin adı Roman Kontselidzedir. O, bir qzıla azyaşlı uşağa maçete ilə hücum edib, sonuncular yüngül xəsarət alıblar. Kontselidze həmçinin 14 yaşlı yeniyetməni butulka ilə vurub.

Roman Kontselidze hazırda xəstəxanadadır.

Qeyd edək ki, Müqabil Babayev azərbaycanlıdır. O 20 ildən çoxdur ki, Rusiyada yaşayır və Rusiya vətəndaşıdır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ