Blinken Hakan Fidana hörmətsizlik edib

Dünən Ankarada Türkiyənin XİN rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşdən əvvəl maraqlı an yaşanıb. Hakan Fidanın amerikalı həmkarını qarşılaması zamanı Blinken onu qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri bu jestə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib. 

“CNN Türk” Hakan Fidanın Blinkenə reaksiyasının səbəbini açıqlayıb. 

Məlumata görə, nazirlərin görüşü üçün Blinkenin içərisində olduğu avtomobil Türkiyə Xarici İşlər Nazirliyinin qarşısına gəldikdə hər qarşılamada olduğu kimi Hakan Fidan qonağı qarşılamaq üçün binanın önünə çıxıb. Lakin Blinkenin bu zaman avtomobildə telefonla danışdığı və söhbətini bitirməyərək türkiyəli həmkarını gözlətdiyi bildirilir. 

“Blinken avtomobildən enmədiyi üçün Hakan Fidan binaya geri qayıdıb. Diplomatik nəzakətsizlik nümayiş etdirən Blinkeni binanın içərisində qarşılayan Fidan onun görüşmək jestini qəbul etməyib”, - deyə məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ