İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında HƏMAS hərbi düşərgəsinə nəzarəti ələ keçirib. Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, kompleksin ərazisində müşahidə məntəqələri, silahlılar üçün təlim meydançaları, həmçinin terrorçular üçün yeraltı tunellər var.
Bundan əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri bir gündə Qəzza zolağında HƏMAS-ın 450 hərbi obyektinə hücum edib. Məlum olub ki, gecə saatlarında qırıcı təyyarələr tunellərə, terrorçuların dəstələrinə və hərbi postlara zərbələr endirib.
Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail icmalarına daxil olan terrorçular yüzlərlə sakini öldürüb və girov götürüblər. Buna cavab olaraq İsrail Qəzza zolağına zərbələr endirməyə başlayıb, daha sonra isə quru əməliyyata başlayıb.