Hamınız öləcəksiniz! Qüdsdə ermənilərlə yəhudilər arasında toqquşma - video

Qüdsdə radikal yəhudilərlə ermənilər arasında toqquşma baş verib.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilir ki, Qoverun Bordez qəsəbəsinə gələn israillilər erməniləri ərazini tərk etməli olduqlarını deyiblər. 

Ermənilər qanuni olaraq onlara məxsus ərazidə olduqlarını bildirərək qəsəbəni tərk etməkdən imtina ediblər. Daha sonra hadisə yerinə israil polisi də cəlb olunub.

Yəhudilər ermənilərə “siz hamınız “qoysuz” (qeyri-yəhudi milləti) və öləcəksiniz” kimi şüarlar səsləndiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ