Türkiyədə etirazçılar NATO bazasına keçməyə cəhd ediblər - video

Türkiyədə polis ABŞ Hərbi Hava Qüvvələrinin də yerləşdiyi İncirlik hava bazasına girməyə cəhd edən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bu barədə NTV məlumat yayıb.

Telekanalın məlumatına görə, baza yaxınlığında keçirilən etiraz aksiyasını İnsan Hüquq və Azadlıqları Müdafiə Humanitar Fondu (İHH) təşkil edib. Etirazçılar İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşıdırlar.

Bildirilir ki, etirazçılardan bəziləri bazaya İstanbuldan gəlib, onlara başqa şəhərlərin sakinləri də qoşulub. NTV qeyd edir ki, aksiya hakimiyyətlə razılaşdırılıb, lakin başqa yerdə keçirilməli idi. Bununla əlaqədar olaraq polis bazaya yaxın yolları bağlayıb. Nümayişçilər bazaya daxil olmaq istəyəndə polis etirazçıları dağıtmaq üçün xüsusi vasitəlrədən istifadə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ