Türkiyə İsraildəki səfirini geri çağırdı

Türkiyənin Təl-Əvivdəki səfiri Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya geri çağırılıb.

Bu barədə məlumatı Türkiyə XİN yayıb.

 “İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməyərək mülki şəxslərə qarşı hücumları davam etdirməsi, humanitar yardımın fasiləsiz və davamlı olaraq girişinə icazə verməməsi nəticəsində Qəzzada yaşanan humanitar faciə nəzərə alınaraq, Təl-Əvivdəki səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya çağırılmasına qərar verilib”, - deyə məlumatda qeyd olunub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ