İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın şimalındakı sakinlərin Fələstin anklavının cənubuna təhlükəsiz təxliyəsi üçün üç saat vaxt ayırıb.
Bunu İsrail ordusunun sözçüsü Aviçai Edri X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
İsrail Qəzzanın şimalı ilə cənubu arasındakı Salahəddin yolu ilə saat 13:00-16:00 (Bakı vaxtı ilə 15:00 və 18:00) arasında hərəkətə icazə verəcək, deyən Endri fələstinliləri fürsətdən istifadə etməyə çağırıb.
“Özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, İsrail ordusunun göstərişlərinə uyğun olaraq cənub bölgəsinə gedin”, – o yazıb.
Bundan əvvəl İsrailin Qəzzanın şimalında yerləşən Cebaliya düşərgəsindəki məktəb binasına endirdiyi zərbə nəticəsində 150-dən çox insan yaralanıb. Təhsil ocağının binasında minlərlə dinc sakin yerləşdirilmişdi.