Nepalda zəlzələ zamanı 120-dən çox insan ölüb

Nepalın qərbindəki Cayarkot rayonunda baş verən zəlzələ nəticəsində azı 128 nəfər həlak olub. Bu barədə “Reuters” məlumat yayıb.

Nepalın Milli Seysmoloji Mərkəzinin xəbərinə görə, noyabrın 4-nə keçən gecə ölkədə 6,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6 bal qiymətləndirib. Yeraltı təkanları qonşu Hindistanın Yeni Dehli sakinləri də hiss ediblər.

Cayarkot rayonunda baş verən zəlzələ zamanı evlərin uçması nəticəsində azı 92 nəfər ölüb, 55 nəfər yaralanıb. Qonşu Qərbi Rukum rayonunda 36 nəfər ölüb, 85 nəfər yaralanıb.

Səlahiyyətlilər, ölənlərin sayının arta biləcəyindən qorxur, zərər çəkmiş bir çox icma ilə əlaqənin kəsildiyini qeyd edilir. Axtarış-xilasetmə qrupları zəlzələdən zərər çəkmiş ərazilərə çatmaq üçün sürüşmənin bağladığı yolları təmizləyir.

Nepalın baş naziri Puşpa Kamal Dahal helikopterlə təbii fəlakət yerinə gedib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ