İranın şimalında narkoloji reabilitasiya mərkəzində yanğın baş verib.
Hadisə nəticəsində 27 nəfər həlak olub, daha 17 nəfər isə yaralanıb.
Yaralılar paytaxt Tehrandan təqribən 200 kilometr şimal-qərbdə yerləşən Ləngrud bölgəsində xəstəxanaya yerləşdirilib.
Yanğın söndürülüb. Hazırda hadisənin səbəbləri araşdırılır.