Ərdoğan: Ermənistan öhdəliklərini yerinə yetirməlidir

Can Azərbaycan Vətən müharibəsindən sonra Qarabağda 30 illik işğala tam son qoydu. Bu tarixi uğurdan sevinc və böyük qürur hissi duyuruq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

Türkiyə lideri bildirib ki, beləliklə bölgədə davamlı sülhə bir addım daha yaxınlaşılıb.

“Yaranmış bu fürsətin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycana yönəlik öhdəliklərini yerinə yetirməsi mühümdür. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin ciddi rifahına töhfə verəcək. Eyni zamanda, Türkiyəni də ata yurdumuz Mərkəzi Asiyaya bağlayacaq”, - Ərdoğan qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ