Azərbaycanlı ailə Rusiyadan deportasiya olunur - Uşaqları məktəbdə dalaşıb

Azərbaycanlı miqrant ailə Rusiyadan deportasiya olunacaq.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Belə ki, Nijni Novqorodda yaşayan miqrant ailənin 8-ci sinifdə oxuyan övladı məktəbdə başqa uşağı döyüb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə sentyabrın ortalarında baş verib.

Miqrasiya qanunlarını pozan həmin ailə barəsində övladları ilə birlikdə ölkə əraizisindən çıxma haqqında qərar qəbul olunub.

Azərbaycanlı ailə deportasiya olunmaq üçün Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ