“İsrailə beynəlxalq dəstək çox tez zəifləyəcək və Qəzzada hərbi əməliyyatın legitimliyi sual altına düşəcək”.
Bu sözləri “Foreign Policy” nəşrinə müsahibəsində İsrailin keçmiş Baş naziri Ehud Barak deyib.
“HƏMAS-ın Qəzza zolağında fiziki infrastrukturunu və nəzarət imkanlarını aradan qaldırmaq məqsədimizə nail olsaq belə, yaxın 10 və ya 20 il orada qalmaq fikrində deyilik, bəs estafeti bizdən kim alacaq?”, - o qeyd edib.
Barakın sözlərinə görə, Qəzzada əməliyyat bir sıra məhdudiyyətlər, o cümlədən HƏMAS-ın girovlarının olması, münaqişənin Livandakı Hizbullaha sirayət etmə riski nəzərə alınmaqla həyata keçirilir.