Xamenei müsəlman ölkələrinə çağırış etdi: İsrailə tədarükü dayandırın

İranın ali dini lideri Ayətullah Əli Xamenei müsəlman ölkələrini İsrailə neft və ərzaq tədarükünü dayandırmağa çağırıb. Onun sözlərini RİA Novosti sitat gətirir.

“Müsəlman ölkələrinin qeyd-şərtsiz və dərhal razılaşmalı olduğu məsələ İsrailin Fələstində törətdiyi cinayətlərə son qoymaqdır. Neft və ərzaq ixracı dayandırılmalıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, müsəlman ölkələri İsraillə bütün növ ticarət-iqtisadi əməkdaşlığı dayandırmalıdır.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi İsrailin qırmızı xətləri keçdiyini bildirib. Onun sözlərinə görə, İsrailin bu cür davranışı hər kəsi hərəkətə keçməyə məcbur edə biləcək vəziyyətə gətirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ