Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsi İsrail-Həmas müharibəsi başlayandan bəri ilk dəfə olaraq açılıb.
“Al- Jazeera” məlumat verir ki, 500-ə qədər əcnəbi vətəndaşın və bir sıra yaralı fələstinlilərin anklavı tərk etməsinə icazə veriləcək.
“Russia Today”ın verdiyi xəbərə görə isə, 90-a yaxın yaralı fələstinli və 450 xarici pasport sahibinin keçid məntəqəsindən Misirə keçməsinə icazə veriləcək.