Misir Qəzza zolağı ilə sərhəddə tankları yerləşdirdi - video

Misir Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi yaxınlığında onlarla tank və zirehli texnika cəmləşdirib.

Bu barədə İsrailin “The Times of Israel” qəzeti yazır.

Jurnalistlərin qeyd etdiyi kimi, Misirlə Qəzza zolağının sərhədi yaxınlığında tanklar, zirehli maşınlar və “onlarla texnika” var. Keçid məntəqəsinə ağır texnikanın yerləşdirilməsi Qahirənin Qəzza zolağından on minlərlə qaçqının mümkün axınından ehtiyat etdiyi bir vaxta təsadüf edir.

Misir hakimiyyəti hələlik nəzarət-buraxılış məntəqəsinin yaxınlığında ağır texnikanın yerləşdirilməsinə münasibət bildirməyib.

Rəfah keçid məntəqəsi Misirlə Fələstin anklavı arasında yeganə sərhəd keçid məntəqəsidir. Bundan əvvəl Misir hökuməti İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə ilə əlaqədar Qəzza zolağından olan qaçqınlar üçün Fələstinin Rəfah şəhərində düşərgələrin yaradılmasını təklif etmişdi. Düşərgələrin Misirlə sərhəddən 3 km aralıda yerləşəcəyi və onların fəaliyyəti tamamilə Qahirənin nəzarəti altında olacağı ehtimal edilir.

İsrail və HƏMAS arasında hərbi münaqişə oktyabrın 7-də başlayıb. Son məlumatlara görə, İsraildə 1,4 min, Qəzza zolağında isə 8,5 min dinc sakin həlak olub. Oktyabrın 31-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-la müharibənin miqyasının genişləndirilməsini nəzərdə tutan üçüncü mərhələnin başladığını elan edib. 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ