Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy yarıda dayandırılıb.
Bu barədə məlumatı “Caspian Live” teleqram kanalı yayıb.
Məlumata görə, buna səbəb polis əməkdaşlarının toya gələrək qonaqların sənədlərini yoxlaması olub.
Bildirilir ki, yoxlama zamanı 5 nəfər saxlanılıb. Onların deportasiya ediləcəyi gözlənilir.