Mahaçqalada iğtişaşlarda iştirak edən onlarla şəxs tutulub

Mahaçqala hava limanında iğtişaşlarda iştirak edən 83 nəfər saxlanılıb. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Oktyabrın 30-da səhər saatlarında Daxili İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, iğtişaşın 150-yə yaxın iştirakçısının şəxsiyyəti foto və videolar əsasında müəyyən edilib.

Mahaçqala şəhərinin rəhbəri Yusup Umavovun sözlərinə görə, “qanunsuz hərəkətlərdə iştirak edənlərin yaş kateqoriyası 20-25 arasındadır”. Umavovun sözlərinə görə, gənclərin dağıdıcı qüvvələr tərəfindən qanunsuz hərəkətlərə cəlb olunmasının qarşısını almaq üçün şəhərin hər bir rayonunda sosial şəbəkələrə nəzarət edən işçi qrup yaradılıb və maarifləndirmə işi aparılıb.

“Mən həmyerlilərimi - dağıstanlıları, mahaçqalalıları bu işə qoşulmağa, gənclərlə söhbət etməyə və onlara izah etməyə çağırıram ki, bu gün Fələstin xalqının kədərinə rəğbət bəsləməyənlər yoxdur, lakin rəğbət və mərhəmət hissi insanların dini və milli zəmində təqib edilməsinə çevirməməlidir”, – Umavov yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ