Mahaçqala hava limanı oktyabrın 30-da reyslərin qəbulunu və yola salınmasını bərpa edib. Bu barədə Rosaviasiya məlumat yayıb.
Bununla belə, “Azimut” və “Red Wings” aviaşirkətlərinin Təl-Əvivdən Mineralnıye Vodı və Mahaçqalaya uçuşları müvəqqəti olaraq Rusiyanın digər şəhərlərinə həyata keçiriləcək.
Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Daha əvvəl verilən məlumatda aeroportun noyabrın 6-na qədər bağlı olacağı qeyd olunub.