Mahaçqalada hava limanında iğtişaşlar zamanı 20 nəfər yaralanıb - video

Mahaçqala hava limanında iğtişaşlar nəticəsində 20-dən çox insan xəsarət alıb. On nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır. Bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, yaralılara hazırda tibbi yardım göstərilir.

Mash Gor Telegram kanalı mənbələrə istinad etmədən təxminən on nəfərin, o cümlədən “ən azı bir polis”in orta dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirildiyini yazır.

Baza xəbər verir ki, altı polis əməkdaşı və dörd mülki şəxs yaralanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ