İranda əxlaq polisinin döydüyü 16 yaşlı qızın ölümü təsdiqləndi

İranda hicab qaydalarını pozduğu üçün əxlaq polisi tərəfindən döyülən və bundan sonra komaya düşən 16 yaşlı Armita Geravəndin öldüyü rəsmi olaraq təsdiqlənib.

Məlumata görə, Tehran həkimlərinin səyinə baxmayaraq, 16 yaşlı tələbə qızı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Armitanın beyin ölümü təsbit edildikdən sonra onun ailəsinə İranın ali dini rəhbəri ayətullah Əli Xameneinin göstərişi çatdırılmışdı. Tapşırığa əsasən, Məhsa Əmininin ölümündən sonra etirazların yenidən təkrarlanmaması üçün onun cənazəsi Tehrandan çıxarılmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ