İran İsrail və HƏMAS arasında müharibəyə müdaxilə etməklə hədələyir

İran HƏMAS ilə müharibə davam edərsə, İsrailə zərbələr endirilməsini mümkün hesab edir. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “NPR” radioşəbəkəsinin Morning Edition verilişində deyib.

Onun sözlərinə görə, İsrail HƏMAS-la müharibəni davam etdirərsə, İranla müttəfiq qruplar zərbələr endirməyə hazırdır.

Nyu-Yorkda Steve İnskep ilə müsahibədə Abdollahian bildirib ki, son həftələrdə “Livandakı müqavimət liderləri və həmçinin Fələstin qrupları” ilə görüşüb və əvvəlkindən daha “daha güclü və həlledici” planlar barədə xəbərdar olub.

“Vəziyyət belə davam edərsə, Qəzza zolağında və İordan çayının qərb sahilində qadınlar, uşaqlar və mülki şəxslər öldürülərsə, hər şey mümkündür”, - deyə Abdullahian Tehran və ona bağlı qrupların münaqişədə daha çox iştirak etmə ehtimalına işarə edərək hədələyib.

NPR yazır ki, İran regionda bir çox silahlı qruplaşmalara sponsorluq edir. Bu illər ərzində Tehran 2007-ci ildən HƏMAS-ın idarə etdiyi Livan, Yəmən, Suriya, İraq və Qəzzada vəkil militarist qruplara təlim keçib və silahlandırıb.

Bununla belə, müsahibəsində Abdollahian İranın HƏMAS-a “yalnız siyasi” dəstək verdiyini bildirib.

“Onların (HƏMAS) kifayət qədər raketləri, mərmiləri və pilotsuz təyyarələri var və bu silahları hər yerdən asanlıqla əldə edə bilərlər”, İran XİN başçısı deyib və əlavə edib ki, HƏMAS-ın öz silahlarını istehsal etmək üçün lazım olan hər şey var, öz təlimləri var və buna görə də əməliyyata özləri başlamaq qərarına gəliblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ