İsrail Müdafiə Qüvvələrinin quru qüvvələrinin bölmələri cümə günü gecə HƏMAS-a qarşı reyd keçirmək üçün Qəzza zolağına daxil olub. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.
Nəşr qeyd edir ki, hərbçilər bir neçə saatdır Qəzzadadır və “HƏMAS və terrorçu hədəflərə” qarşı fəaliyyət göstərirlər.
Nəşr qeyd edir ki, reyd başa çatdıqdan sonra hərbi birləşmələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.
Bir gün əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib ki, İsrail hərbçilərinin Qəzza zolağında həyata keçirdiyi qısamüddətli reydlər əməliyyatın növbəti mərhələləri üçün zəmin hazırlayır. Onun sözlərinə görə, belə aksiyalar yaxın günlərdə də davam edəcək.