Hindistan şokdadır: Qətərdə səkkiz hindlistanlını edam edəcəklər

Hindistan Qətər hakimiyyətinin Respublika Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti olan səkkiz hindlini casusluqda ittiham edərək edam cəzasına məhkum etməsi qərarından şoka düşüb. Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Yeni Dehli bu işin bütün təfərratını öyrənir.

“Bizim ilkin məlumatımız var ki, Qətər Birinci İnstansiya Məhkəməsi bu gün “Əl Dahra”nın səkkiz hindistanlı əməkdaşının işi ilə bağlı qərar çıxarıb. Biz ölüm hökmündən çox sarsılmışıq və məhkəmənin təfərrüatlı qərarını gözləyirik. Biz [təqsirləndirilən hindlilərin] ailə üzvləri, hüquq qrupu ilə əlaqə saxlayırıq və bütün hüquqi variantları araşdırırıq”, - Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Departament bu işi diqqətlə izlədiyini və bütün konsulluq və hüquqi yardımı göstərməyə davam edəcəyini bildirib. “Biz bu hökmü Qətər səlahiyyətliləri ilə də müzakirə edəcəyik”, mətndə qeyd edilir.

NDTV-nin məlumatına görə, Qətərdə həbs edilən bir qrup hindistanlı casusluqda ittiham olunur. Bunlar, əvvəllər Hindistan hərbi gəmilərinə komandanlıq etmiş yüksək rütbəli zabitlər də daxil olmaqla, Hindistan Hərbi Dəniz Qüvvələrinin səkkiz keçmiş əməkdaşıdır. Onların hamısı həbs olunmazdan əvvəl Qətər silahlı qüvvələrinə təlim və digər əlaqəli xidmətlər göstərən “Dahra Global Technologies and Consultancy Services” özəl şirkətində çalışıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ