Ərdoğan əsəbiləşdi: Qəzzada sülh çağırışı üçün daha neçə uşaq ölməlidir?

Qəzzaya hücumlar çoxdan özünümüdafiədən kənara çıxıb və açıq vəhşiliyə, zorakılığa, qırğınlara və barbarlığa çevrilib.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı İsrailin hücumları fonunda sivil cəmiyyətin Qəzza zolağında baş verən vəhşiliyi “sadəcə seyr etməsindən” təəssüfləndiyini bildirib.

Ərdoğan Qəzzada atəşkəs çağırışı səsləndirməkdən imtina etdiyinə görə Aİ-nin bəyanatını kəskin şəkildə pisləyib.

“Daha nə qədər insan ölməli, daha neçə uşaq ölməlidir? Aİ Komissiyası atəşkəs çağırışı edənə qədər daha neçə uşaq ölməlidir? BMT Təhlükəsizlik Şurası tədbir görməzdən əvvəl Qəzza zolağına hələ neçə ton bomba atılmalıdır?”, – Türkiyə lideri bildirib.

Prezident vurğulayıb ki, Türkiyənin gözləri qarşısında vəhşiliklər törədildiyi bir vaxtda heç kim ondan susmasını gözləməməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ