Rusiya Zəngəzur dəhlizinin hələ mümkün olmadığını bəyan edib

Zəngəzur dəhlizi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin layihəsində Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərə alınmır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən İrandan keçməklə Türkiyə ilə sərhəddə yerləşən Naxçıvana yolun çəkilməsi variantı Zəngəzurdan keçən yoldan bir qədər fərqlidir.

“Hesablamalara görə, Ermənistan ərazisindən keçən dəmir yolunun uzunluğu 42 km, İran ərazisindən isə təxminən 50 km olacaq. Bütün fərq budur: iki körpü və 8 km”, - Overçuk bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ