Paşinyan Gürcüstana getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfərə yollanıb. 

Bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. 

Paşinyan Tbilisiyə birgünlük səfəri çərçivəsində “İpək yolu” beynəlxalq konfransında iştirak edəcək. 

Onun gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşü də planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ