ABŞ-da atışmada 22 nəfər ölüb, onlarla insan yaralanıb

ABŞ-da Men ştatının Lyuiston şəhərində atışma nəticəsində 22 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə Fox News məlumat yayıb.

Telekanalın məlumatına görə, cinayətkar üç yerdə - restoran, mağaza və əyləncə mərkəzində atəş açıb.

Men ştat polisi hadisəni törətməkdə şübhəli bilinən şəxsi həbs edib.

Ən azı 60 yaralının olduğu da bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ