ABŞ-da Men ştatının Lyuiston şəhərində atışma nəticəsində 22 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə Fox News məlumat yayıb.
Telekanalın məlumatına görə, cinayətkar üç yerdə - restoran, mağaza və əyləncə mərkəzində atəş açıb.
Men ştat polisi hadisəni törətməkdə şübhəli bilinən şəxsi həbs edib.
Ən azı 60 yaralının olduğu da bildirilir.