Lapşin azərbaycanlıları yenə təhqir etdi - FOTO

Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycanının tələbi ilə Belarusda həbs olunaraq ölkəmizə gətirilən və bir müddətdən sonra əfv olunan İsrail və Rusiya vətəndaşı, yəhudi əsilli blogger Aleksandr Lapşin yenə azərbaycanlıları təhqir edib.

Buta.media Yeniavaz.com-a istinadən xəbər verir ki, bir-neçə aydır Ermənistanda yaşayan Aleksandr Lapşin ötən gün Yeğeqnadzor (Keşişkənd) rayonuna səfər edib və burada qoyunların arasında və əllərində quzu tutaraq şəkil çəkdirib. 

Həmin şəkili sosial şəbəkə hesabında paylaşdıqdan bir müddət sonra təkrar "status" yazaraq bildirib ki, guya azərbaycanlılar Lapşinin belə bir şəkil paylaşmasına etiraz ediblər. Lapşin iddia edir ki, azərbaycanlılar onun qoyun şəkilini bilərəkdən paylaşdığını və bunu özlərinə təhqir hesab etdiklərini yazıblar. Lapşin, "Mən heyvanları çox sevirəm. Yoldaş azərbaycanlılar səmimiyyətimə inanın ki, mən qucağımda quzu saxlayarkən Azərbaycan haqqında heç nə düşünməmişəm", deyə yazıb və yazının sonuna "gülüş" işarəsi qoyub.

Məlumat üçün bildirək ki, Lapşinin qoyunlarla çəkdiyi və sosial şəbəkədə paylaşdığı şəkilin altından heç bir azərbaycanlı özünün təhqir olunduğunu yazmayıb. Yalnız azərbaycan ad-soyadlı iki şəxs erməniləri qoyunla müqayisə edən rəy yazıb.
Onu da bildirək ki, Lapşin azərbaycanlılar haqqında "qoyun" ifadəsini daha əvvəllər də işlədib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ