Balasanyan İrəvanda polisə təslim olub

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistanda Baş Polis idarəsinə təslim olub.

Bu barədə məlumatı Ermənistanın “Shamshyan.com” portalı yayıb.

Məlumata görə, polis idarəsinə yaxınlaşan Balasanyan “Makarov” tipli silahını təqdim edib.

Bildirilir ki, hadisə ilə bağlı Baş Polis İdarəsində sənədlər tərtib edilib və bu sənədlər Kentron və Nork-Maraş inzibati dairələrinin istintaq bölmələrinə göndərilib.

“Armenia Today”in məlumatına görə isə, Ermənistanın İstintaq Komitəsi Balasanyan barəsində qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını açıqlayıb.

Komitənin mətbuat katibi Qor Abramyan əlavə edib ki, hazırda Balasanyanın sözügedən silaha sahib olmasının qanuniliyi araşdırılır. O, həmçinin qeyd edib ki, sözügedən maddə üzrə azadlıqdan məhrum edilmənin müddəti 3 il təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ