İranda hicab taxmadığı üçün əxlaq polisi tərəfindən döyülən 16 yaşlı Armita Qeravand dünyasını dəyişib.
Bu barədə CNN məlumat yayıb.
Qeravand oktyabrın əvvəlində Tehranda polis tərəfindən döyülüb və bir aya yaxın komada yatıb.
Hüquq müdafiəçiləri mediaya bildiriblər ki, qızı xəstəxanada İran təhlükəsizlik işçiləri qoruyub. Hətta ailə üzvlərinə də onu görməyə icazə verilməyib.