Ərdoğan və Putin Qəzza zolağını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı iki lider İsrail və Fələstin arasında gərginləşən münaqişənin gedişatını və regionda humanitar böhranı müzakirə ediblər.

Hər keçən dəqiqə mülki ölümlərin artdığına diqqət çəkən Prezident Ərdoğan, Qərb dövlətlərinin susqunluğunun Qəzzada humanitar böhranı qaçılmaz həddə çatdırdığını bildirib.

Ərdoğan, Türkiyənin bölgədə əmin-amanlığın təmin olunması üçün bundan sonra da hər cür səy göstərəcəyini vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ