İsrail səhvən Misir ərazisini atəşə tutub

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü İsrail tankının Qəzza zolağı ilə sərhəd yaxınlığında Misir ərazisini səhvən atəşə tutduğunu bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Tank səhvən atəş açıb və İsrailin Qəzza zolağı ilə sərhədi yaxınlığında, ölkənin Kerem Şalom yaşayış məntəqəsi ərazisində Misir postunu vurub. İDF hadisədən təəssüfləndiyini qeyd edib.

“Hadisə araşdırılır və təfərrüatları öyrənilir. İDF insidentlə bağlı təəssüfünü ifadə edir”, - deyə məlumatda bildirilir. Digər təfərrüatlar, o cümlədən itkilərin olub-olmaması barədə məlumat verilmir.

Bundan əvvəl İsrail öz vətəndaşlarını iki qonşu ölkəni - Misir və İordaniyanı mümkün qədər tez tərk etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ