ABŞ-da yerli yəhudi icmasının lideri vəhşicəsinə qətlə yetirilib

ABŞ-ın Detroyt şəhərində sinaqoqunun idarə heyətinin sədri Samanta Uoll evinin qarşısında çoxsaylı bıçaq xəsarətləri ilə ölü tapılıb. Bu barədə CNN məlumat yayıb.

Qətl sinaqoq tərəfindən də təsdiqlənib. “Biz Samanta Uollun gözlənilməz ölümü barədə xəbərdən şoka düşdük və kədərləndik”, - deyə sinaqoqun Facebook səhifəsindəki yazıda bildirilir.

Detroyt Polis Departamenti cəsədin şəhərin mərkəzində qurbanın evinə aparan qan izləri ilə tapıldığını bildirib. Cinayətin mümkün motivi barədə məlumat verilmir. “Reuters” xəbər verir ki, polis istintaqa çoxsaylı resurslar cəlb edib. Hüquq-mühafizə orqanları ictimaiyyətdən cinayətlə bağlı tələsik nəticə çıxarmamağı xahiş edib.

40 yaşlı Uoll Detroyt sinaqoqunun müşahidə şurasına sədrlik edirdi. O, yəhudi və müsəlman icmaları arasında əlaqələrin qurulması üzərində çalışıb və Nümayəndələr Palatasının demokrat üzvü Elissa Slotkinin aparatının əməkdaşı olub.

“The Washington Post”un qeyd etdiyi kimi, icma liderinə hücum İsrail və HƏMAS arasındakı müharibənin ABŞ və digər Qərb ölkələrində zorakılığın artmasına səbəb ola biləcəyi ilə bağlı “artan qorxular” fonunda baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ