İsrail Qəzza zolağının tam blokadaya alıb

İsrail Qəzza zolağının tam blokadasını həyata keçirib və HƏMAS-a qarşı bölgədə quru əməliyyatı başlamağa hazırdır. Bunu RİA Novosti-yə müsahibəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) spikeri Aviçai Adri deyib.

O, İsrailin müharibənin növbəti mərhələsinə girəcəyini bildirib. İsrail ordusunun sözçüsü vurğulayıb ki, quru əməliyyat “HƏMAS-ın hərbi-siyasi sisteminin dağıdılması, oktyabrın 7-də törədilən terror aktına görə məsuliyyət daşıyanların və komandirlərinin vurulması və məhv edilməsi” daxil olmaqla, qarşıya qoyulan bütün məqsədlərə çatana qədər davam edəcək.

Adri əlavə edib ki, İsrail hazırda su, elektrik və dərman qəbul etməyən Qəzza zolağının tam blokadasını həyata keçirir. Eyni zamanda agentliyin həmsöhbəti vurğulayıb ki, hazırda bu əraziyə humanitar yardımın çatdırılması məsələsi bu işdə iştirak edən ölkələrlə həll edilir. “Siyasi səviyyədə regional və beynəlxalq tərəflərlə yardımın göstərilməsi ilə bağlı razılıq əldə olunarsa, biz bu direktivləri həyata keçirəcəyik”, - deyə o bildirib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin sözçüsü HƏMAS-ın oktyabrın 7-də oğurladığı girovların hərbi yolla azad ediləcəyini etiraf edib. Adrinin sözlərinə görə, məhbuslar arasında 42 dövlətin vətəndaşı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ