Misir Qəzza zolağı ilə sərhəddə keçid məntəqəsini açıb

Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsi humanitar yardımların çatdırılması üçün açıblar. Bu barədə TASS məlumat yayıb.

Açılışdan dərhal sonra anklavın sakinləri üçün ilk yük maşınları Qəzza zolağına gəlib.

Oktyabrın 19-da Misir lideri Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Co Bayden Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına humanitar yardımın çatdırılması barədə razılığa gəliblər. Tərəflər öz fəaliyyətlərini BMT-nin rəhbərlik etdiyi beynəlxalq təşkilatlarla əlaqələndirmək niyyətindədirlər. Yardım uzunmüddətli əsasda göstəriləcək.

Eyni zamanda, oktyabrın 12-də Misir hakimiyyəti Qəzza zolağından qaçqın və köçkünlərin keçidi üçün öz sərhədlərində dəhlizlər açmaqdan imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ