Ləğv edilmiş separatçı rejimin keçmiş lideri Samvel Şahramanyan Ermənistana getdikdən sonra təxminən iki həftə Ermənistanın baş naziri Nikol Paşinyanın qəbulunu gözləyib. Bu barədə Ermənistan KİV yazır.
Qəbul hələ də baş tutmayıb.
Ermənistan mətbuatının yazdığına görə, Qarabağdakı qanunsuz rejimin keçmiş rəhbəri Paşinyanla bəzi məsələlərə aydınlıq gətirmək istəyir, lakin Ermənistanın baş naziri görüşü “gecikdirir”.
Görüş əvvəlcə Ermənistan hakimiyyətinin təşəbbüsü ilə təklif olunsa da, “sonradan vəziyyət dəyişib”, media yazır.